“Xəzər Lənkəran”da oynamış xorvat Mahirə vaxt verdi

14 Mart 2022 02:20 Bizimkilər 1 186
“Xəzər Lənkəran”da oynamış xorvat Mahirə vaxt verdi

“Mahir Emrelini tanıyırdım. "Hayduk"la matçda da onu meydanda gördüm.

Yaxşı oynadı, komandasına kömək edə bildi. Əvvəllər onun “Legiya”dakı oyununu görmüşdüm.

O, yaxşı futbolçudu. “Dinamo” da böyük klubdu. Bu klubun yaxşı menecerləri var. Onlar da Mahiri yaxşı futbolçu olduğuna görə gətiriblər komandaya”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Marin Orsuliç deyib.

“Xəzər Lənkəran”da oynamış veteran futbolçu hazırda Xorvatiyanın “Yadran Luka Ploçe” klubunun baş məşqçisidi.

Azərbaycan futboluna bələd olan xorvatiyalı mütəxəssis Mahirin “Dinamo”dakı perspektivindən söz açıb:

“Zaqreb klubu böyük futbolçulara sahib olan, böyük, güclü klubdu. Mahirin aparıcı oyunçu olması üçün zamana ehtiyacı var.

“Dinamo”da aparıcı oyunçu olmaq da asan deyil. Ümidvaram ki, onda hər şey yaxşı alınacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!