Anton qayıtdı, komandası qələbə qazandı

13 Mart 2022 20:20 Bizimkilər 773
Anton qayıtdı, komandası qələbə qazandı

Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Yagelloniya” ilə qarşılaşıb. Antonun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!