“Konkret büdcədən, məbləğdən danışa bilməyəcəm. Amma oyunçuların adına nəzər salanda, ümumi vəziyyətlə az-çox tanış olmaq mümkündür“.
Qazaxıstanda “Turan“ın məşqçsilər korpusunda yer alan Vaqif Cavadov Sportinfo.az-a açıqlama verib.
Vladimir Qazzayevin köməkçisi əməkdaşımızın “Turan”ın maddi imkanları necədir: Azərbaycan çempionatındakı klublarla müqayisə etməli olsaq, ortabablarımız kimi olar“ sualını bu cür cavablandırıb:
“Heç bir problem yoxdur, yaşamaq, futbol oynamaq üçün hər şey yüksək səviyyədədir. Qazaxıstan futbolu üçün normal büdcəyə sahibdir“.

