Azərbaycanlı qadağan olunmuş yerdən zərbə aldı və xəstəxanaya düşdü - VİDEO

13 Mart 2022 17:20 Bizimkilər 837
Azərbaycanlı qadağan olunmuş yerdən zərbə aldı və xəstəxanaya düşdü - VİDEO

Azərbaycanlı MMA idmançısı Aqşin Babayev növbəti dəfə döyüşdə uğursuzluqla üzləşib.

Sportinfo.az xəbər verir ki, “Brave” MMA təşkilatının Bəhreynin Madinat-İsa şəhərində keçirilən döyüş gecəsində Aqşinin rəqibi İsveçrəni təmsil edən Dağıstan əsilli idmançı Hüseyn Kadimaqomayev olub.

Görüşün gedişatında Kadimaqomayev qanunla qadağan olunmuş nahiyəyə ayaq zərbəsi vurduğundan, yarış dayandırılıb və döyüş baş tutmamış hesab edilib. İdmançımız xəstəxanaya aparılıb.

Hazırda idmançımız yaxşıdır və “Instagram” vasitəsilə çıxış edərək bildirib ki, rəqibinin də ayağı sındığı üçün o da xəstəxanadadır. Aqşin onu da vurğulayıb ki, Ramazan Bayramından sonra bu rəqiblə yenidən döyüş keçirəcək.

Aqşin Babayev karyerasında ikinci dəfə oxşar aqibətlə üzləşir.

O, 2020-ci ilin sentyabrın 25-də BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən görüşdə rəqibi koreyalı rəqibi Ci Bum-moon tərəfindən qadağan olunmuş zərbə almışdı. Həmin vaxt görüş dayandırılmış və qalib müəyyənləşdirilməmişdi (oxu.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!