Mahir Emreli derbidə oynadı, bəxt ondan üz döndərdi

12 Mart 2022 23:20 Bizimkilər 2 242
Mahir Emreli derbidə oynadı, bəxt ondan üz döndərdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo"nun (Zaqreb) heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu XXVII turun "Hayduk"a qarşı prinsipial matçında meydana çıxıb.

Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0.

Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

"Hayduk"un heyətində isə "Neftçi"nin sabiq müdafiəçisi Dario Melnyak sonadək çıxış edib.

Bu nəticədən sonra xalını 54-ə çatdıran "Dinamo" liderliyini qoruyub. "Hayduk" isə 49 xalla 4-cü yerdə gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!