“Dinamo” Mahir Emrelini elə-belə transfer etməyib“

12 Mart 2022 02:30 Bizimkilər 1 517
“Dinamo” Mahir Emrelini elə-belə transfer etməyib“

“Azərbaycanı ölkə xaricində təmsil edən bütün futbolçuları dəstəkləmək lazımdır. Bu, futbolumuzun üzüdür.

Mahir Emreliyə görə şadam. Ona uğurlar arzu edirəm. Hər halda “Dinamo” onu elə-belə transfer etməyib. Kluba kömək edə biləcəyinə inandıqlarına görə, transfer ediblər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Deni Qaysumov deyib.

Azərbaycan millisinin sabiq futbolçusu Mahir Emrelinin “Dinamo”ya keçidindən söz açıb.

Rusiya futboluna bələd olan veteran futbolçu bu ölkənin yetişdirdiyi Ayaz Quliyev, Kamran Əliyev, Azər Əliyevin Azərbaycan millisindəki mümkün çıxışını dəyərləndirib:

​“Mahir Emrelinin “Dinamo”ya keçidi irəliyə addım atıb. Bu klub Avropa arenasına açıqdı. Azər Əliyev özü daha yaxşı bilər, onun üçün nə yaxşıdır.

Təbii ki, ona Azərbaycan millisində uğurlu çıxış etməsini arzulayıram. Təbii ki, Kamran Əliyev, Ayaz Quliyev və Azər Əliyev Azərbaycan millisini gücləndirər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!