“Qalatasaray”da ilk azərbaycanlı futbolçu - FOTOLAR

10 Mart 2022 16:40 Bizimkilər 1 098
“Qalatasaray”da ilk azərbaycanlı futbolçu - FOTOLAR

Azərbaycanlı futbolçu “Qalatasaray”ın lisenziyasına sahib olub.

2011-ci il doğumlu Kənan Həsənov İstanbul nəhənginin Futbol Akademiyasındakı təhsilini davam etdirəcək.

Ona 1 illik lisenziya verilib. Kənan “Qalatasaray”ın “divarına adını yazdıran” ilk azərbaycanlı kimi tarixə düşüb.

Mayda 11 yaşı tamam olacaq futbolçu “Qalatasaray”dakı təhsili davam etdirməklə 1 ildən sonra Türkiyə vətəndaşlığına sahib olacaq.

Kənan Həsənov futbolda ilk addımlarını “Canbala”da atıb, daha sonra “Qarabağ”da oynayıb. Türkiyədəki ilk iş yeri “Altınordu”da olub.

O, xeyli vaxtdır “Qalatasaray”ın aşağı yaş qruplarında “10 nömrə”ni tərlədir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!