Azərbaycanlı məşqçi “Alanyaspor”dan təklif alıb.
Qardaş ölkədən göndərilən təklif rəsmi işlə bağlı yox, təcrübə keçməklə əlaqədardır.
“Atletiko Baku”nun U-11 və U-14 komandalarının baş məşqçisi Namiq Cəfərov 1 həftə müddətində Alanyada olacaq.
6-16 mart aralığı üçün nəzərdə tutulan təcrübə proqramı “Alanyaspor”un məşqçiləri ilə görüş, seminarlarda iştirak, əsas komanda da daxil olmaqla məşqlərin gedişatını izləməkdir.
Bir müddət əvvəl “Alanyaspor”la “Atletiko Baku” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
HƏBİB / SPORTİNFO.AZ

