Qazzayev Azərbaycandan daha kimləri yeni klubuna aparacaq?

7 Mart 2022 17:40 Bizimkilər 1 544
Qazzayev Azərbaycandan daha kimləri yeni klubuna aparacaq?

“Mən qarşıdakı müddətdə komandamıza azərbaycanlı futbolçuların cəlb olunacağını istisna etmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan”ın məşqçisi Vaqif Cavadov deyib.

Yaxınlarda Qazaxıstanda işə başlayan millinin sabiq hücumçusunun Valeri Qazzayevin korpusunda yer alıb.

Türküstan vilayətinin təmsilçisinin rusiyalı çalışdırıcısı Cavadovdan sonar daha bir azərbaycanlını öz yanına gətirib. Qazzayev vaxtilə “Tobol”da rəhbərliyi altında çıxış edən Emil Balayevin “Qarabağ”dan transferinə nail olub.

V.Cavadov baş məşqçinin Azərbaycan Premyer Liqasına xüsusi diqqət ayırdığını söyləyib:

“Bilirəm ki, Valeri Qazzayev bizim çempionatı izləyir. Fitbolçularımız barədə məlumatı var.

Söz yox, daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasını istəyirəm. Vaxtilə mən də müxtəlif ölkələrdə çıxış etmişəm və legioner həyatının nə demək olmasını yaxşı bilirəm.

Amma indi “Turan”da bu işlərə mən baxmıram. Transfer məsələləri birbaşa baş məşqçinin səlahiyyətindədir.

Sadəcə, Qazzayevin bizimkilərə simpatiya bəslədiyini bilirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!