Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, qolu qaçırdı, əvəzləndi

5 Mart 2022 20:10 Bizimkilər 912
Mahir Emreli Xorvatiya çempionatında debüt etdi, qolu qaçırdı, əvəzləndi

Xorvatiya çempionatında 26-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su doğma meydanda “Şibenik”i sınağa çəkib və 3:0 hesabı ilə qalib gəlib.

Millimizin üzvü sözügedən görüş üçün start heyətdə yer alıb. Onun ilk hissədə vurduğu zərbə dirəyə dəyib. Mahir 59-cu dəqiqədə Komnen Andriçlə əvəzlənib.

“Dinamo”ya bir müddət öncə keçən Emreli indiyə kimi Xorvatiya çempionatında debüt etməmişdi. Əvəzində o, Avropa Liqası çərçivəsində keçiriln İspaniya “Sevilya”sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.

“Dinamo” hazırda 53 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.

"Dinamo" (Zaqreb) - "Şibenik" 3:0

Qollar: Boçkaj, 18, Petkoviç, 58, Baturina, 76

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!