Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya I liqasının 26-cı turu çərçivəsində evdə "Şibenik"i qəbul edir.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvard meydana ilk dəfə start "11-liy"ində çıxıb. Bu, onun ölkə çempionatında debüt matçı olub.
Bu arada Xorvatiya mətbuatı “Dinamo”nun baş məşqçisi Jelko Kopiçi tənqid hədəfinı çevrib. Yerli həmkarlarımız çalışdırıcının seçimindən məmnun deyil.
Komandanın cari mövsümdəki çıxışı ilə bağlı aparılan araşdırma nəticəsinə məlum olub ki, baş məşqçi stabil “11-liy”ini formalaşdırdığı üçün həmyerlimiz də daxil olmaqla ehtiyat qüvvə özünü göstərmək imkanı əldə etmir:
“Halbuki “Dinamo” ölkədə ən zəngin heyətə malik komandadır. Zədə və cəza olmadığı müddətdə “11-lik”də dəyişiklik edilmir.
Məsələn, baş məşqçinin hələ də HNL-də debütünü gözləyən Mahir Emreliyə niyə şans vermədiyi heç kimə aydın deyil”.
Mahirə xüsusi yer ayıran həmkarlarımız onun gələcəkdə “Dinamo”nun aparıcı qolçusuna çevriləcəyinə inanır:
“Azərbaycanlının nələr bacardığı hər kəsə maraqlıdır. O, hələ tam hazır deyil. Kopiç də hücumçudan lazımınca istifadə etməyib.
Amma vacib matçlar yaxınlaşdığı üçün Emrelinin şans qazanacağını gözləmək olar. “Dinamo” Mislav Orşiçin yanına bir qolçu axtarır.
Digər hücumçular isə gözlənilən qədər qol vurmurlar. Bu mənada düşünmək olar ki, Mahir Emreli mövsümün qalan hissəsində “Dinamo”nun yeni, güclü silahı olacaq”.

