Vüsal Kocaelidən yaxşı əhval-ruhiyyə ilə qayıtmadı - VİDEO

5 Mart 2022 00:40 Bizimkilər 781
Vüsal Kocaelidən yaxşı əhval-ruhiyyə ilə qayıtmadı - VİDEO

Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüsal da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Keçiörengücü” 28 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM