Azərbaycanlı qapıçını gətirdilər, müqavilə imzaladılar, bu cür təqdim etdilər - VİDEO

4 Mart 2022 16:00 Bizimkilər 2 301
Azərbaycanlı qapıçını gətirdilər, müqavilə imzaladılar, bu cür təqdim etdilər - VİDEO

Emil Balayevin “Qarabağ”dan ayrılığı dünən rəsmiləşdi.

Millimizin də şərəfini qoruyan qapıçı karyerasını yenidən Qazaxıstanda davam etdirəcək.

Əslində, Balayev “Turan”la çoxdan ortaq məxrəcə gəlmiş, qərarını bildirmişdi. Di gəl, ağdamlıların “Marsel”lə oyunlarına və Şahruddin Məhəmmədəliyevin zədəli olmasına görə məsələ uzanırdı.

Nəhayət, ötən gün klub rəsmən ayrılığı açıqladı.Bu xəbərdən dərhal sonra Emil “Qarabağ”lılarla sağollaşaraq vətəni tərk edib.

Saat 14:15-də Bakı-Almatı reysi ilə havaya qalxan 27 yaşlı qolkiper Almatıdan Çimkəndə yola düşüb.

Balayevin "Turan"a keçidi bu gün rəsmiləşib. Yerli Premyer Liqa təmsilçisi 28 yaşlı qolkiperlə müqavilə imzalayıb.

Qazaxıstanlılar sözləşmənin detallarını açıqlamayıb. Yeni klubunda 22 nömrəli formanı geyinəcək həmyerlimiz artıq komanda ilə ilk məşqinə də çıxıb.

Ölkəmizin əsas millisində indiyə qədər 14 oyuna çıxmış kiper 2019-cu ildə “Tobol”ın heyətində bütün yarışlarda 36 görüşdə meydana ayaq basıb.

Bu keçid elə “Tobol”dan başlayan tanışlıq hesabına gerçəkləşib. Həmin vaxt bu komandanı çalışdırmış Valeri Qazzayev yaxınlarda “Turan”ın sükanı arxasına keçib.

HƏBİB / SPORTİNFO.AZ.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!