Daha bir azərbaycanlı futbolçuya Polşa klubundan təklif gəlib.
Bu dəfə polyakların diqqətini çəkən ad Yusif Cəfərovdur.
Adıçəkilən ölkənin aşağı dəstəsində mübarizə aparan Novotanets “Kosmos”u 23 yaşlı yarımmüdafiəçiyə 2022-ci ilin sonuna qədər müqavilə təklif edib.
Cəfərov yaxın günlərdə Polşaya yollanıb, klubla sözləşmə imzalayacaq.
Yusif Cəfərov vaxtilə U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.
2017/18 mövsümündə “Kəpəz”in heyətində Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Robert Prosineçki millimizi çalışdıranda ən çox bəyəndiyi gənclərdən hesab olunurdu.
Hazırda üç azərbaycanlı futbolçu – Riad Abbaszadə, Nazim Bağırov və Şahin Zəkiyev Polşada legioner həyatı yaşayır.
HƏBİB / SPORTİNFO.AZ

