Azərbaycanlı futbolçu ötən ay müqavilə bağladığı Avstriya klubuna qoşulmaqda problemlə üzləşib.
Sportinfo.az xəbər verir ki, Amit Quluzadə fevralın 18-də “ATSV Stadl-Paura” ilə sözləşmə imzalasa da, hələ də Bakıdadır.
Halbuki həmin vaxt saytımıza açıqlamasında biletinin alındığını, fevralın 26-da Avstriyaya yollanacağını bildirmişdi.
Deyilən tarixin üstündən 5 gün vaxt keçsə də, 29 yaşlı futbolçu Azərbaycandan Avstriyaya uçmaqda əngəllə üzləşib. Buna səbəb səfirliyin vizanı asanlıqla verməməsidir.
Quluzadənin dediyinə görə, Avstriyanın Bakıdakı səfirliyində xeyli sayda vətəndaş viza almaq üçün növbə gözləyir. Hətta 2-3 ay öncədən növbəyə yazılanlar var.
Məhz buna görə Amitin Avropaya yollanmasında əngəl yaranıb. Futbolçu xeyli gözləyəndən sonra vizanı martın 7-nə ala bilib. Bu işdə ona idmançı olması xeyli kömək edib.
Odur ki, həmyerlimiz martın 6-sı axşam Avstriyaya yola düşəcək.
Amit Quluzadə futbolçu karyerasında “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.
HƏBİB / SPORTİNFO.AZ

