Tanınmış hücumçu Namiqə qol vurmağı öyrədir – “Bursaspor”da

3 Mart 2022 19:20 Bizimkilər 1 202
Tanınmış hücumçu Namiqə qol vurmağı öyrədir – “Bursaspor”da

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov "Bursaspor"da gündəlik məşqlərdən sonra əlavə hazırlıq keçir.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi məşqçilər heyətinə yenicə daxil edilmiş komandanın sabiq bombardiri Okan Yılmazın rəhbərliyi altında son vuruşlar və baş zərbələri üzərində çalışır.

Məşqlərdə onunla yanaşı, digər ön xətt oyunçuları - Tyevi Bifuma, Yusuf Türk və Juan Pedro da iştirak edir. Hücumçulara bu işdə İsmail Yüksek, Uğur Kaan Yıldız və qapıçılar köməklik göstərirlər.

I Liqa təmsilçisi çempionatda keçirdiyi son 6 oyunda cəmi 4 qol vurub.

1998 - 2005-ci illərdə "Bursaspor"un formasını geyinmiş Okan Yılmaz 2000/2001 və 2002/2003 mövsümlərində Türkiyə Super Liqasının bombardiri olub. Milli komandada 8 oyun keçirmiş keçmiş forvard 8 oyunda 5 dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!