FOTO – Xarkovda sığınacaqda qalan “Verder”in yetirməsi “Neftçi”yə gələ bilər

1 Mart 2022 13:40 Bizimkilər 2 296
FOTO – Xarkovda sığınacaqda qalan “Verder”in yetirməsi “Neftçi”yə gələ bilər

Rusiya silahlı qüvvələrinin Ukraynaya hücumu üç futbolçunun Azərbaycana köçməsinə səbəb ola bilər.

Sportinfo.az xəbə verir ki, apasport.az-ın əldə etdiyi məlumatına görə, onlardan biri millimizin yarımmüdafiəçisi Anatoli Nuriyev, digəri sabiq müdafiəçisi Pavel Paşayevdir.

Ötən ilin yayında “Minay”dan “Kolos”a keçən Nuriyev “Qarabağ” və “Neftçi”nin maraq dairəsindədir.

26 yaşlı pleymeykerin ağdamlılarla anlaşma ehtimalı daha yüksək qiymətləndirilir. Lakin Anatolinin ölkəmizə köçməsi üçün ilk növbədə ona azad agent statusu verilməlidir.

Aşağı liqa təmsilçisi “VPK-Aqro”dan yenicə ayrılan Paşayev sabiq komandası “Qəbələ” ilə əlaqə saxlayaraq, qayıtmaq istəyini çatdırıb.

O ki qaldı üçüncü futbolçuya, bu, Xarkov “Metallist”i ilə müqavilə imzalamaq üçün Ukraynaya gedən, lakin müharibə şəraitinə düşdüyü üçün sığınacaqda qalan türkiyəli Abdullah Doğandır.

Türkiyəli futbolçu Ukraynanı tərk edə bilmir

“Verder”in yetirməsi olan və karyerası ərzində yalnız Almaniyanın aşağı liqalarında çıxış edən 25 yaşlı yarımmüdafiəçinin “Neftçi”yə keçmək variantı yaranıb.

Ancaq son çempion Türkiyənin aşağı yaş qrupu üzrə yığmalarının sabiq oyunçusunu öncə baxışdan keçirmək fikrindədir.

Almaniyanın aşağı liqa təmsilçisi “TB Upusen”də çıxış edən oyunçu Rusiya ilə müharibə içində olan Ukraynada həyati təhlükə yaşadığını açıqlayıb.

İlk günlərdə metro stansiyalarında həyatda qalmaq uğrunda mübarizə aparan 25 yaşlı yarımmüdafiəçi hazırda 18 mərtəbəli bir binadakı sığınacaqda gizlənərək, müharibənin bitməsini gözləyir:

"Xarkova enərkən əsgərlər dedi ki, canınızı xilas edin. Artıq burada 5-ci günümdür. Çətin vəziyyətdəyik, kömək istəyirik. Hazırda çölə çıxmaq qadağandır və çıxanı da vururlar.

Çox diqqətli olmalıyıq. Dua edirik. Bəzən qorxaraq marketlərə gedib nələrsə almaq istəyirik. İstədiklərimizi də ala bilmirik, marketlərdə heç nə qalmayıb".

Türkiyəli futbolçu bütün bunlara baxmayaraq, ümidini itirmədiyini sözlərinə əlavə edib: "Yardım nə qədər tez gəlsə, bir o qədər yaxşıdır. Rusla kifayət qədər qəzəblidirlər.

Xahiş edirəm, səsimizi eşitsinlər və bizə kömək etsinlər. 50-60 nəfər bir yerdə qalırıq. Əsgərlər bizə dedi ki, həyatınızı qurtarmağa çalışın.

Uşaqlar, yaşlılar – hamımız yerin altında gizlənmişik.Marketə belə, qorxa-qorxa gedirik”.

Abdullah Doğan Türkiyənin U-17 və U-18 yığmasında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!