Cənubi Azərbaycan klubu tanınmış türkiyəli baş məşqçiyə tapşırıldı

28 Fevral 2022 09:40 Bizimkilər 1 278
Cənubi Azərbaycan klubu tanınmış türkiyəli baş məşqçiyə tapşırıldı

"Traktor"un yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az Təbriz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda türkiyəli Ertuğrul Sağlama tapşırılıb.

53 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Ertuğrul Sağlam 2010-cu ildə "Bursaspor"la Türkiyə Super Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM