Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" Portuqaliya çempionatında 23-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "Famalisao"nun qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
22 yaşlı hücumçu meydana əsas heyətdə daxil olub və 83-cü dəqiqədə Daniel Anjosla əvəzlənib.
Aktivində 20 xalı olan “Tondela” hazırda 18 komanda arasında 16-ci yeri tutur.

