Qazzayev yanına yollanan azərbaycanlıya zəmanət vermədi

27 Fevral 2022 19:00 Bizimkilər 1 356
Qazzayev yanına yollanan azərbaycanlıya zəmanət vermədi

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Emil Balayev "Turan"la müqavilə bağlayacaq.

O, ya sabah, ya da birisigün Şımkentdə yeni komandasına qoşulacaq.

O, "Turan"ın hazırkı baş məşqçisi Vladimir Qazzayevlə birgə 2019-cu ildə "Tobol"da çalışıb. Komandanın köməkçi-məşqçisi isə Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadovdur.

"Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinmiş kiperin Qazaxıstana budəfəki qayıdışı bir qədər fərqli olacaq.

Belə ki, Qazzayev onu əsas heyətdə oynadacağına söz verməyib. Balayev "1 nömrə" olmaq üçün yerli və gürcü həmkarlarla rəqabət aparmalıdır.

Rusiyalı çalışdırıcı narahat edən onun "Qarabağ"da şans qazanmaması, oyun praktikasını itirməsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM