Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, hazırda "Şalke"nin B komandasında çıxış edən 29 yaşlı forvard Canluici Buffonla formasını dəyişdiyini bildirib.
Bu, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan (1:2) sonra baş verib:
"Oyundan sonra ondan formasını istədim. Çox mehriban söhbət etdikdən sonra istəyimi yerinə yetirdi.
Getmək istəyəndə çağırdı və o da mənim formamı istədi. Əvvəlcə tərəddüd etdim. Düşündüm ki, onsuz da bəyənməyəcək. Amma sonradan razılaşdım".
Rüfət Dadaşov cari mövsümdə "Şalke"nin B komandasınnı heyətində meydana çıxdığı 16 oyunda 9 qol vurub. Təcrübəli qolçu əsas komandanın heyətində isə 2 matç keçirib.

