Millimizin sabiq vingeri Almaniyada iki penalti ilə gündəmə gəldi - VİDEO

27 Fevral 2022 01:10 Bizimkilər 750
Millimizin sabiq vingeri Almaniyada iki penalti ilə gündəmə gəldi - VİDEO

Almaniya II Bundesliqasında 24-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" səfərdə "Paderborn"un qonağı olub.

6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Nazarov komandasının 1-ci və 3-cü qollarının müəllifi olub. O, hər iki qolu penaltidən vurub.

16 xal toplayan "Erzgebirge" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM