Türkiyə I Liqasında növbəti turun oyunları keçirilib.
Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" doğma meydanda "Tuzlaspor"la qarşılaşıb.
Matç həmyerlimizin komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0
Amma Vüsal İsgəndərli bu qarşılaşmanın iştirakçısı olmayıb.
Ümumiyyətlə, 26 yaşlı vingerin adı görüşün iştirak ərizəsinə belə daxil edilməyib.
Baş məşqçi Taner Taskının belə addım atmasına səbəb futbolçumuzun zədə səbəbindən həftəiçi məşqlərdə yetəri qədər iştirak edə bilməmisi olub.
49 yaşlı türkiyəli mütəxəssis bu səbəbdən əsas futbolçularından saydığı Vüsalı riskə gedərək oynatmaq istəməyib.
Bu qələbədən sonra xallarını 34-ə yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
XANOĞLAN / SPORTİNFO.AZ
