Vaqif Cavadov yeni işindən danışdı: “Müqavilə ikinci dərəcəli məsələdir”

26 Fevral 2022 14:00 Bizimkilər 1 279
Vaqif Cavadov yeni işindən danışdı: “Müqavilə ikinci dərəcəli məsələdir”

“Müqavilə məsələsi problem deyil, bir-iki günə həll olunacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qazaxıstan “Turan”dan dəvət alan Vaqif Cavadov deyib.

Vladimir Qazzayevin çağırışı ilə Türküstan klubuna yollanan gənc məşqçi Antalyada keçirilən təlim-məşq toplanışında iştirak edib.

Rusiyalı mütəxəssisin köməkçisi “Turan”da işlərinin qaydasında getdiyini bildirib:

“Fevralın 23-də toplanış başa çatdı. Komandaya üç günlük istirahət verilib. Ayın 27-də Şimkənddə yığışacağıq.

Burada gördüyüm işdən və münasibətdən çox razıyam. Hər şey düşündüyümdən daha yaxşıdır.

Martda Qazaxıstanda yeni mövsümə start veriləcək. Çempionata səylə hazırlaşırıq.

Mənim işim Qazzayevə kömək etməkdir. Müqavilənin müddəti ikinci dərəcəli məsələdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!