"Azərbaycan yığmasından layiqli təklif olarsa, imtina etmərəm"

26 Fevral 2022 02:20 Bizimkilər 1 848
"Azərbaycan yığmasından layiqli təklif olarsa, imtina etmərəm"

Ölkə xaricində yetişən futbolçulardan biri də Emin Safixanovdur.

Sumqayıtda dünyaya göz açsa da, futbolun sirlərinə Ukraynada yiyələnən müdafiəçi bir neçə gün əvvəl 1-ci liqada mübarizə aparan "Podolye" ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, “Şaxtyor” futbol akademiyasının yetirməsi olan Emin sportal.az-a açıqlamasında öncə belə danışıb:

"Əvvəllər məni Azərbaycanın U-15, U-16 və U-17 yığmalarına dəvət edirdilər. Sonradan isə Ukrayna yığmasına çağırılmağa başladım.

U-19 yığmasında oynayırdım. Azərbaycan klublarından təklif olub-olmadığını soruşursunuzsa, xeyr, heç bir klubdan təklif almamışam.

Ancaq nə vaxtsa, Azərbaycan Premyer Liqasında oynayacağımı da demirəm, hər şey ola bilər. Azərbaycan millisi və çempionatı ilə daim maraqlanıram, baxıram”.

“Atamla, gələcəkdə Ukrayna, yoxsa Azərbaycan yığmasından yana seçim etməyimlə bağlı söhbətim olmayıb.

Əgər Azərbaycandan layiqli təklif olarsa, bundan imtina etmərəm. Amma çətin sualdı. Görək də, hansı komanda dəvət göndərəcək” – deyə, Safixanov fikirlərini yekunaldşrııb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!