Mahir ağrılardan şikayət etdi: “O, bəzən məni ilk “11-lik”də buraxacaq, bəzən yox”

20 Oktyabr 2021 00:42 Bizimkilər 726
Mahir ağrılardan şikayət etdi: “O, bəzən məni ilk “11-lik”də buraxacaq, bəzən yox”

“Bu barədə danışmamışıq, düşünürəm ki, bu sual məşqçiyə verilməlidir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Legiya”nın forvardı Mahir Emreliyə məxsusdur.

O, polşalı jurnalistin “Çempionatda az oyun vaxtı əldə etməyiniz üç gündən bir çıxış etməyə fiziki cəhətdən hazır olmamağınızdan qaynaqlanır” sualını bu cür cavablandırıb:

“Məşqçi məndən hansı formada olduğumu və ümumi durumumu soruşdu. “Lester”lə qarşılaşmada hamı çox çalışdı. Mən də əlimdən gələni etdim və hələ də sümüklərimdə ağrı hiss edirəm.

Amma yenə də baş məşqçinin qərarıdır. Bəzən məni ilk “11-lik”də meydana buraxacaq, bəzən yox. Sualınızın düzgün cavabını da o verər”.

Digər Xəbərlər
Xəbər Lenti