Mahir qolla burun-buruna gəldi və… komandası "Spartak"ı uddu - VİDEO

15 Sentyabr 2021 23:00 Bizimkilər 1 051
Mahir qolla burun-buruna gəldi və… komandası "Spartak"ı uddu - VİDEO

Avropa Liqasında qrup mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Rusiyada "Spartak" (Moskva) üz-üzə gəlib.

"Spartak" stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.

Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. 24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət yaxalasa da, başla vurduğu top dirəyə dəyərək qapı xəttini tərk edib.

C qrupunun digər oyununda İngiltərə "Lester"i İtaliya "Napoli"sini qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?