"Borussiya" “Şəmkir”in hücumçusunun oğlu ilə maraqlanır

20 İyul 23:20 Bizimkilər 1 068
"Borussiya" “Şəmkir”in hücumçusunun oğlu ilə maraqlanır

"Rubin"in utbolçusu Xviça Kvaratsxeliya karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə Mönhenqladbax "Borussiya"sı maraqlanır.

Klub Kvaratsxeliyanı maraqlı, həmçinin bahalı futbolçu hesab edir. Gürcüstanlı oyunçunun mümkün transferi 15 - 20 milyon avro olaraq qiymətləndirilir.

Mönhenqladbax təmsilçisi hücumçuları - Markus Tyuram, Alassana Plea və Yonas Hofmannı sata bilsə, Kvaratsxeliyanın keçidi üçün danışıqları sürətləndirə bilər.

Xviça ötən mövsüm Rusiya çempionatında 23 oyuna 4 qol vurub. Driblinq sayına (159) görə də mövsümün lideri olub.

O, Azərbaycan yığmasının keçmiş hücumçusu, “Şəmkir” və “Kəpəz”də forma geyinmiş, həmçinin “Standard”ın baş məşqçisi işləmiş Badri Kvaratsxeliyanın oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 20:40 "Bir qədər pis oldum"
24 İyul 17:55 Vaxtdır, Cavid!