Millimizin hücumçusu Premyer Liqanın 10 kəşfi arasında

17 May 2021 21:00 Bizimkilər 2 053
Millimizin hücumçusu Premyer Liqanın 10 kəşfi arasında

Ukrayna Premyer Liqasında geridə qalan mövsümün kəşfləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yerli KİV-in müəyyənləşdirdiyi 10 futbolçu arasında Azərbaycan millisinin üzvü Anatoli Nuriyev də var.

Həmkarlarımızın fikrincə, elitanı tərk edən “Minay”ın kapitanı parlaq çıxış sayəsində özünə yeni komanda tapmaqda çətinlik çəkməyəcək.

2020/21 mövsümündə Premyer Liqada 10 qola imza atan hücumçunun Ukraynada qalıb-qalmayacağı özündən asılı olacaq.

Onunla yanaşı, Vladislav Kulaç, Dmitri Riznık (“Vorskla”), İlya Zabarnı (“Dinamo”), Frane Çiryak (“Lvov”), Mario Çuje, Artyom Dovbik (“Dnepr-1”), Andrey Totovitski (“Desna”), Allahyar Sayadmaneş (“Zarya”) və Artyom Bondarenko (“Mariupol”) da mövsümün kəşfləri hesab edilirlər.

Digər Xəbərlər
Xəbər Lenti