4 yaşında "Şuşanın dağları" oxudu, 11 il sonra Şuşada "Bayatı-Şiraz" ifa etdi - VİDEO

16 May 02:52 Bizimkilər 476
4 yaşında "Şuşanın dağları" oxudu, 11 il sonra Şuşada "Bayatı-Şiraz" ifa etdi - VİDEO

12-13 may 2021-ci il tarixlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" festivalı keçirildi.

“Xarıbülbül” festivalında gənc muğam ifaçısı Kənan Bayramlı tərəfindən “Bayatı-Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeiri ifa olundu.

Bu parça illər əvvəl “Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərimizdə, tədbirlərdə dəfələrlə səsləndirilmişdir və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur.

Sportinfo.az xəbər verir ki, musavat.com “Bayatı-Şiraz” muğamını ifa edən Kənan Bayramlı haqda maraqlı məlumat və video əldə edib.

Belə ki, Kənan 4 yaşında "Şuşanın dağları" mahnısını ifa edir. 11 il sonra isə o, Şuşada "Xarıbülbül" festivalında "Bayatı-Şiraz" oxuyur. Qeyd edək ki, onun bu ifası tədbir iştirakçıları tərfəfindən böyük diqqət və sevgi ilə qarşılanmışdı.

Kənan Bayramlı 2006-cı ildə Bakı şəhərində anadan olub. O, hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinifində təhsil alır. 3 yaşından muğamla məşğul olan xanəndə Bülbül adına müsabiqənin ən kiçik laureatı olub.

K.Bayramlı 7-ci Uşaq Muğam müsabiqəsində birinci yerə, Xan Şuşunskinin 100 illiyinə həsr olunan müsabiqədə Qran Pri mükafatına layiq görülüb. O, 2018-ci ildə Bakıda Yuneskonun 43 sessiyasin açılışında Azərbaycan əsilli dünyaca məşhur müğənni Sami Yusiflə eyni səhnəni bölüşüb.

Sığmazam"da yer alan sənətçilər danışdı - "Nazir hər gün məşqi izləyirdi"

Kənan Bayramlı Əməkdar artist, xanəndə Təyyar Bayramovun oğludur.

Musavat.com Kənan Bayramlının həmin ifalarını təqdim edir.

Xəbər Lenti