Qədirzadəli "Samtrediya" kubokda mübarizəni dayandırdı

23 Aprel 2021 00:14 Bizimkilər 765
Qədirzadəli "Samtrediya" kubokda mübarizəni dayandırdı

Gürcüstan kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” səfərdə “Bolnisi” ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda daha iki qol vuran “Bolnisi” mərhələ adlayan tərəf olub.

İbrahim 75-ci dəqiqədə meydana buraxılıb.

Digər Xəbərlər
Xəbər Lenti