“İlk dozanı Bakıda vurduran şəxs ikincini rayonda ala bilər”

20 Aprel 2021 13:50 Bizimkilər 426
“İlk dozanı Bakıda vurduran şəxs ikincini rayonda ala bilər”

“Koronavirus (COVID-19) əleyhinə vaksinin istər birinci, istərsə də ikinci dozasını şəxsin yaşadığı və ya qeydiyyatda olduğu yerdən asılı olmayaraq ölkə ərazisində istənilən tibb məntəqəsinə yaxınlaşmaqla vurdurmaq olar”.

Sportinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yaşadığı yer üzrə tibb məntəqəsində koronavirus əleyhinə birinci doza vaksin vurduran şəxs ikinci dozanı almalı olduğu vaxtda digər rayonda olarsa, həmin vaxt olduğu yer üzrə tibb məntəqəsində ikinci doza peyvənd oluna bilər.

Həmçinin ilk dozanı rayonda alan şəxs də Bakıda ikinci dozanı qəbul edə bilər.

TƏBİB-dən həmçinin bildirilib ki, bu qayda yaş kateqoriyasına aid olmayan şəxslər üçün də keçərlidir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!