Azərbaycan əsilli futbolçu Həbibə qarşı top qovdu - VİDEO

4 Mart 2021 23:00 Bizimkilər 1 250
Azərbaycan əsilli futbolçu Həbibə qarşı top qovdu - VİDEO

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev sabiq məğlubedilməz MMA döyüşçüsü Həbib Nurməhəmmədova qarşı futbol oynayıb.

Sportinfo.az xəbər verir ki, “KraSava” “Youtube” səhifəsinin admini BƏƏ-də özəl futbol matçı keçirib.

Yarışda Həbib Nurməhəmmədovun komandası və “Spartak”ın futbolçuları iştirak edib. 24 yaşlı yarımmüdafiəçi olan Ayaz bu matçda Həbibə əks komandada oynayıb.

Həbibin hesabı açdığı görüş 2:2 hesabı ilə başa çatıb.

Oyundan sonra Nurməhəmmədov MMA-dan bezdiyini, ona görə də döyüşməyi dayandırdığını, karyerasını bitirdikdən sonra BƏƏ-nin “Əl-Vəsl” futbol klubundan təklif aldığını bildirib.

O, “Fənərbağça”nın ona təklif göndərdiyini, Zlatan İbrahimoviçin də ona “Milan”a keçməyi təklif etdiyini qeyd edib.

Həmçinin, Həbib Nurməhəmmədov Kriştianu Ronaldu ilə dost olduğunu və tez-tez bir-biri ilə əlaqə saxladığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti