COP29

Mahir Emrelinin qiyməti kəskin aşağı düşdü - Almaq istəyən var?

15 İyun 00:50 Bizimkilər 4 119
Mahir Emrelinin qiyməti kəskin aşağı düşdü -  Almaq istəyən var?

Son günlər Azərbaycan millisinin ölkə xaricində çıxış edən bir sıra futbolçularının transfer qiymətləri yenilənib.

Sportinfo.az xəbər verir ki, tanınmış “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, “Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev və “Polesye”nin yarımmüdafiəçisi Emil Mustafayevin qiymətində artım müşahidə olunub.

Belə ki, Şahruddinin dəyəri 850 min avrodan 900 minə (təxminən 1,65 milyon manat), Mustafayev isə 400 mindən 600 minə (təxminən 1,1 milyon manat) yüksəlib.

Ötən mövsümü “LKS Lod”da keçirmiş Rahil Məmmədovun qiyməti isə 300 min avro (təxminən 550 min manat) olaraqa qalıb.

"Dinamo"nun hücumçusu Mahir Emreli və bir mövsümü "Hatayspor"da keçirmiş Renat Dadaşovda eniş olub.

Emrelinin dəyəri 1,2 milyon avrodan 800 minə, Dadaşov isə 2 milyondan 1,8 milyona (təxminən 3,3 milyon manat) düşüb.

Renat Dadaşov Azərbaycanın ən reytinqli futbolçusu olaraq qalır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?