Azərbaycanda çalışan baş məşqçi klubunu dəyişdi - 3 müqavilə

21 Sentyabr 2024 02:40 Basketbol 1 485
Azərbaycanda çalışan baş məşqçi klubunu dəyişdi - 3 müqavilə

Basketbol Liqasının 2024/2025 vsümündə "Naxçıvan"ın baş məşqçisinin adı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, komandaya Murat Dikmen rəhbərlik edəcək.

Ötən mövsümdə Liqada "Xəzri" kimi çıxış edən klubun adı "Naxçıvan"a dəyişib.

Türkiyəli mütəxəssis məhz "Xəzri"yə başçılıq etdiyindən idman ictimaiyyətinə yaxşı tanışdır. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Komandada çıxış edən üç basketbolçu - Cordan Perkins, Rəsul Məmmədzadə və Yavər Abbasov klubla müqavilə müddətini uzadıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti