Bu VİDEOnu nazir paylaşdı - Millinin qızları göz yaşları içində…

16 İyul 2024 09:40 Basketbol 1 527
Bu VİDEOnu nazir paylaşdı - Millinin qızları göz yaşları içində…

Azərbaycan millisi Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının "C" divizionunda final oyununa çıxıb.

Evren Alkayanın rəhbərlik etdiyi kollektiv həlledici görüşdə Kiprlə qarşılaşıb.

Komandamız rəqibini 69:52 hesabı ilə məğlub edib və ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Qrup mərhələsində Ermənistanı 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən U-16 yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62.

Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev millinin düşərgəsindən video paylaşıb.

Kadrlardan görünür ki, çempionluq qızlarımızı necə böyük sevincə qərq edib. Onların arasında göz yaşlarını saxlaya bilməyənlər də az deyil.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”