Azərbaycan millisinin 3 oyunçusu ən yaxşılar arasında

17 May 2025 03:20 Basketbol 1 777
Azərbaycan millisinin 3 oyunçusu ən yaxşılar arasında

Basketbolun 3x3 növü üzrə ən yaxşı oyunçuların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, həm kişi, həm qadınların cədvəlində 250 basketbolçu yer alıb.

Azərbaycan yalnız qadınların siyahısında təmsil olunub. Millimizin iki basketbolçusu və bir sabiq üzvü ən yaxşılar arasındadır.

Basketbolçularımız arasında ən yüksək göstərici Dina Uilyanovaya məxsusdur. O, 40,993 xalla dünyada 149-cudur.

Onun komanda yoldaşı Aleksandra Mollenhauer 32,284 xalla 238-ci yerdədir. Ötən il yığmanın formasını daşıyan Mersedes Uolker 151-cidir - 40,755.

Cədvələ niderlandlı Nurtye Driessen başçılıq edir – 219,102 xal.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA