NTD komandasının baş məşqçisi Tahir Baxşıyev "Sabah" kimi güclü rəqibə qarşı oynamağın çox çətin olduğunu bildirib.
Sportinfo.az xəbər verir ki, bunu mütəxəssis Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah"a məğlubiyyətdən sonra deyib.
O, belə matçların komandaya fayda verdiyini vurğulayıb:
"Oyunçular belə matçlara necə köklənməli olduqlarını anlamalıdırlar. Rəqib çox güclüdür. Lakin bu cür oyunlar bizə təcrübə baxımından fayda verir".
T.Baxşıyev əsas diqqətin kubok matçına yönəldiyini əlavə edib:
"Dörd gün sonra bizi "Sumqayıt"la kubok oyunu gözləyir. Məhz buna görə bu görüşdə 25 dəqiqədən çox iki yerli oyunçu ilə çıxış etdik. Hazırda bütün fikirlərimiz Kubok oyununa yönəlib".
"Sabah" - NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.

