“Müəyyən səbəblərə görə dördüncü legioneri gətirə bilmirik”

1 Noyabr 2025 03:40 Basketbol 536
“Müəyyən səbəblərə görə dördüncü legioneri gətirə bilmirik”

"Sumqayıt"ın oyunçuları Azərbaycan Basketbol Liqasının V turunda "Sərhədçi"yə qarşı matçda qəhrəmanlıq göstəriblər.

Sportinfo.az xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, qələbəyə görə sevincli olduqlarını bildirib:

"Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər.

Bu gün heyətdə cəmi 3 ABŞ-li oyunçu var idi. Müəyyən səbəblərə görə dördüncü basketbolçunu gətirə bilmirik.

Yeni legionerin gəlişi ilə komandamızın səviyyəsi daha da yüksələcək. Əslində, biz ötən mövsümə də uğursuz başlamışdıq.

Heyəti dəyişdikdən sonra özümüzə gəldik".

"Sərhədçi" - "Sumqayıt" görüşü ikincilərin 84:80 hesablı qələbəsi ilə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA