"Gəncə"nin "Şəki"yə gücü çatmadı, "Sumqayıt" qazandı

1 Noyabr 2025 03:20 Basketbol 537
"Gəncə"nin "Şəki"yə gücü çatmadı, "Sumqayıt" qazandı

Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edib.

Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.

B qrupunda mübarizə aparan "Sərhədçi" isə "Sumqayıt"la üz-üzə gəlib. Matçda "gənclik şəhəri" təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.

Ötən gün "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76. Tura noyabrın 2-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -