“Tezliklə daha bir legioner gələcək, bu məsələni həll edirik”

03:50 Basketbol 104
“Tezliklə daha bir legioner gələcək, bu məsələni həll edirik”

Azərbaycan Basketbol Liqasının IV turunda "Şəki"yə (81:88) məğlub olan NTD sona qədər mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, bunu baş məşqçi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis ribaundlarda böyük oyunçu çatışmazlığını qeyd edib:

"Çətin oyun alındı. Son anda bildik ki, yeni oyunçumuz - Langdon Hatton bu oyunu buraxacaq. O lisenziyasını vaxtında ala bilmədi. Buna görə də zədəli Camal Kingi meydana buraxmaq məcburiyyətində qaldıq.

O bir həftə məşq etməmişdi. Buna baxmayaraq, komanda mübarizə apardı, sonadək oynadı. Amma bizə ribaundlarda böyük oyunçu çatışmırdı. Hatton bizə bu baxımdan kömək edə bilərdi".

Baş məşqçi komandanın hələ tam formalaşmadığını söyləyib:

"Komanda hələ tam formalaşmayıb. Hazırda cəmi dörd legioner oynayır. Amma bu məsələni həll edirik. Hatton artıq bizə qoşulub.

Tezliklə daha bir legioner gələcək. Ruhdan düşmürük. Ən vacibi odur ki, komanda mübarizə aparır, istəklə oynayır. Düşünürəm, tezliklə qələbələr də gələcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu