"Sıxıntılı zamandan keçirik"

24 Oktyabr 2025 03:50 Basketbol 510
"Sıxıntılı zamandan keçirik"

"Gəncə" basketbol klubu sıxıntılı zamandan keçir.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının IV turunda "Sabah"a 68:87 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Mütəxəssis bu görüşdə səhvlərə yol verdiklərini vurğulayıb:

"Komandamı meydandakı mübarizəyə görə təbrik edirəm. Zədə səbəbindən heyətimizdə itkilər var. Buna baxmayaraq uşaqlar çox yaxşı mübarizə apardılar.

Sona qədər oynadılar, onların hər birinə təşəkkürümü çatdırıram. Sıxıntılı zamandan keçirik. "Sabah" klubuna da avrokubok yarışında canı-könüldən uğurlar arzulayıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA