“Səhvləri azaltmalıyıq, bir-birimizə daha çox inanmalıyıq”

03:40 Basketbol 114
“Səhvləri azaltmalıyıq, bir-birimizə daha çox inanmalıyıq”

"Sərhədçi" növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacaq.

Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının III turunda "Ordu"ya 73:85 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Gənc mütəxəssis bu görüşdə səhvlərə yol verdiklərini vurğulayıb:

"Öncə komandama təşəkkür edirəm. Yaxşı mübarizə apardıq. Amma bu, qələbə üçün yetərli olmadı.

Səhvlərimiz yenə də çox idi. Növbəti oyunlarda səhvləri azaltmalıyıq. Bir-birimizə daha çox inanmalıyıq.

Mən bu komandaya inanıram. Sadəcə bizə bir az vaxt lazımdır. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti