"Neftçi" əsas mərhələdə ilk matçını bu gün keçirəcək - Avropa Kubokunda

15 Oktyabr 2025 15:40 Basketbol 713
"Neftçi" əsas mərhələdə ilk matçını bu gün keçirəcək - Avropa Kubokunda

"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" ilk oyununu səfərdə keçirəcək.

Bakı klubu Polşada "Trefl"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

Qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" oktyabrın 16-da Estoniyanın "Kalev" komandasını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!