“Neftçi” çempionat oyununa çıxmayacaq - Avrokuboklara görə

14 Oktyabr 2025 03:40 Basketbol 941
“Neftçi” çempionat oyununa çıxmayacaq - Avrokuboklara görə

Azərbaycan Basketbol Liqasının III turunda keçirilməli olan "Neftçi" - "Gəncə" oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.

III turun görüşləri oktyabrın 17-19-u aralığında baş tutacaq.

"Neftçi" Avropa Kubokunun əsas mərhələsinin I turunda Estoniyanın "Kalev" klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA