“Bu il komanda yaxşıdır, bir neçə yerli oyunçunu da heyətə cəlb etmişik”

04:00 Basketbol 105
“Bu il komanda yaxşıdır, bir neçə yerli oyunçunu da heyətə cəlb etmişik”

"Quba" basketbol komandası ən yaxşı formasından uzaq olsa da, nəticələri qənaətbəxşdir.

Sportinfo.az xəbər verir ki, bunu bölgə klubunun mətbuat xidmətinə açıqlamasında komandanın gürcüstanlı basketbolçusu Levan Qoqaladze deyib.

O, hər rəqibə qarşı mübarizə aparacaqlarını vurğulayıb:

"Komandamız özünün ən yaxşı formasından çox uzaq olsa da, nəticələrdən razıyıq. Mövsümə qələbə ilə başlamaq əla idi. Dizimdən zədə aldım və 10 gündür məşq etmirdim. Çalışacağıq ki, bunun davamını gətirək. Hələ də taktiki işlər üzərində çox çalışmalıyıq. Düşünürəm ki, qalib gəlməyimizin əsas səbəbi çalışqanlıq və enerji idi. Yaxşı oynadıq, komanda oyunu ortaya qoyduq. Bu il komanda yaxşıdır. Məşqçinin hər bir tapşırığını yerinə yetirməyə hazır olan bir neçə yerli basketbolçunu da heyətə cəlb etmişik. Hər komandaya qarşı mübarizə aparacağıq və əlimizdən gələni edəcəyik".

L.Qoqaladze qarşıdakı hədəflərdən də danışıb:

"Ən yaxşısına ümid edək. Nə edəcəyimizi öncədən danışmağı xoşlamıram. Oyundan-oyuna irəliləyəcəyik. Necə alınacağını da görəcəyik. "Sərhədçi" ilə matçdan sonra "Ordu" ilə görüş barədə düşünürdük. "Ordu"nun bir neçə amerikalı oyunçusu mənə tanışdır. Onlar Gürcüstanda bəzi dostlarımla birlikdə oynayıblar. Yaxşı oyun olacağı dəqiqdir. Ümid edirəm ki, qələbə bizim olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM