Azərbaycan klubu Çempionlar Liqasına məğlubiyyətlə başladı

8 Oktyabr 02:10 Basketbol 434
Azərbaycan klubu Çempionlar Liqasına məğlubiyyətlə başladı

Azərbaycan təmsilçisi “Sabah” basketbol klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, litvalı Rimas Kurtinaytisın baş məşqçisi olduğu komanda B qrupunun 1-ci tur oyununa çıxıb.

Azərbaycan çempionu Çexiyada yerli “Nimburk” klubunun qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 93:65.

Bu qrupun digər oyunu Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” komandaları arasında sabah keçiriləcək.

“Sabah” ikinci oyunu oktyabrın 15-də Bakıda “Alba”ya qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq