Azərbaycan klubu bir neçə oyunçusu ilə yollarını ayırdı

5 Sentyabr 2025 03:10 Basketbol 499
Azərbaycan klubu bir neçə oyunçusu ilə yollarını ayırdı

NTD bir neçə basketbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Paytaxt təmsilçisi müqavilə müddəti başa çatan kapitan Əkbər Məmmədov, legionerlər Detrek Brauninq, Tayri Boykin, Kevin Allen, Qeylen Smit, Kvinton Kempbel, Zayon Pattersen və Daniel Mudi ilə vidalaşıb.

Bundan əlavə, gənc basketbolçular Hüseyn Məmmədov, Hacisəməd Oğuz və Məhəmməd Bazzi də komandadan ayrılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!