
"Sumqayıt" basketbol klubu baş məşqçisi Vadim Kuramşınla əməkdaşlığı davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, komandanı yeni mövsümdə də o çalışdıracaq.
Vadim Kuramşın "Sumqayıt" təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib.
Kuramşının başçılığı altında "Sumqayıt" B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komda "Sərhədçi"yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.