
U-12 basketbol liqasında "Ordu"nun baş məşqçisi Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursuna (ICC) qəbul olunub.
Sportinfo.az xəbər verir ki, eyni zamanda Bakı Basketbol Akademiyasında (BBA) məşqçilik fəaliyyəti göstərən İbrahimova sözügedən kursa qəbul olunan ilk Azərbaycanlı məşqçidir.
Bu uğur ölkə basketbolunda yetişən gənc yerli məşqçilərin inkişafına təsir edən başlıca məqamlardan biridir.
Proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.